Şəkil yaratmaq üçün fiqurları bir-birinə bağlamağın mümkün yollarının sayı, formaların sayı və onların müxtəlif tərəflərinin sayı ilə əlaqəli olduğundan çoxdur. Buna görə də, tangram tapmacasını sadələşdirmək üçün ən azı bir və ya iki formanın yerləşdirilməsini tapmaq faydalıdır. Tangram tapmacasını həll etməyə necə başlamaq və ondan əvvəl necə məşq etmək barədə iki fikir var:
- İki böyük üçbucaq böyük yer tutur və çox vaxt tapmacaya uyğun gələn bir neçə yerə malikdir. İki böyük üçbucaq yerləşdirildikdən sonra, qalan qara boşluq parçalanır, daha incə və strukturlaşdırılmış sərhədlərə malikdir ki, bəzi kiçik formaların yerləşdirilməsi daha aydın görsənir.
- Onların bəzilərindən əmələ gələn daha böyük fiqurları təsəvvür etmək də verilən tapmacanı qurmaq üçün çox əhəmiyyətlidir. Məsələn, paraleloqram və kiçik üçbucaq birləşdirilərək düzbucaqlı bir trapesiya qurmaq mümkündür. Bu trapesiya tez-tez tapmacaların içərisində görünür. Onun sadəcə paraleloqramdan və kiçik üçbucaqdan istifadə edilərək qurula biləcəyini bilmək vaxta qənaət edir. Ümumiyyətlə, tanqram tapmacalarını tez həll etməyə hazırlıq kimi, yeddi formadan hər hansı ikisinin bütün birləşmələrini sınamaq və nəticədə yaranan fiqurları yadda saxlamaq olar. Belə tərtib edilmiş fiqurları əzbər bilmək tapmacanın həllində vaxta qənaət edəcəkdir. Qənaət olunan vaxtdan digər müsabiqə suallarına da istifadə etmək olar.
Follow or subscribe for updates: